A24 Xeber

Daha bir ölkə səfirliyini Qüdsə köçürür

Daha bir ölkə səfirliyini Qüdsə köçürür
55
08 May 2018 - 10:41

Trampın Qüds qalmaqalından sonra daha bir ölkə səfirliyini qüdsə köçürmə qərarı alıb.

A24.Az xəbər verir ki, bu haqda məlumatı İsrailin Xarici İşlər Nazirliyi  bildirilib.

Adıçəkilən ölkə isə Paraqvaydır. Cari ölkə bu ay ərzində səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək.

Emmanuel Nahşon açıqlamasında “Paraqvay prezidenti Horkio Kartes ayın sonunda Qüdsdə səfirlik açmaq üçün İsrailə gələcək” fikrini səsləndirib. Paraqvay Xarici İşlər Nazirliyindən məlumatın doğruluğu təsdiqlənməsə də, məsələ ilə bağlı hələlik bir qərara gəlmədikləri söylənilir.

Qeyd edək ki, İsrail Fələstinin paytaxtı kimi tanınması cəhdini ilk dəfə Donald Tramp irəli sürmüş, bir qism ölkələr buna dəstək olsalar da İƏT-ın Ankara yığıncağında Azərbaycan və bir sıra ölkələr əleyhinə səs vermişdilər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00