A24 Xeber

Daha bir pakistanlı Britaniyada vəzifəyə keçdi – FOTO

Daha bir pakistanlı Britaniyada vəzifəyə keçdi – FOTO
55
30 Aprel 2018 - 16:03

Böyük Britaniyada daxili işlər naziri dəyişib.

“A24.az”ın “Sky News”a istinadən verdiyi xəbərə görə, Ember Raddın istefasından sonra bu vəzifəyə milli azlıqların nümayəndəsi, Pakistan əsilli Sacid Cavid təyin olunub.

1969-cu il təvəllüdlü S. Cavid daha əvvəl “Chase Manhattan” bankında, “Deutsche Bank”da çalışıb və Britaniya hökumətində yerli özünüidarə məsələlərinə cavabdeh olub.

Cavidin bu vəzifəyə təyinatı onunla izah edilir ki, baş nazir Tereza Mey DİN-ə əvvəl bu qurumla hər hansı əlaqəsi olmamış və sələfi E. Raddın qarışdığı qalmaqala bağlılığı olmayan bir şəxsi göndərmək istəyib.

Radd “Windrush” adlanan qalmaqaldan sonra istefa verib. Londonun İkinci Dünya müharibəsindən sonra işçi ehtiyacını ödəmək üçün Afrika və Karib adalarından dəvət etdiyi işçilərin nəsilləri Britaniyada məhz bu cür adlandırılır. Bu ad 1948-ci ildə Yamaykadan bir neçə yüz adamı gətirən “Empire Windrush” laynerinin adından götürülüb. Onlardan sonra minlərlə digər işçi ölkəyə gəlib. 1971-ci ildə onların hamısına müddətsiz Britaniyada qalmaq hüququ verilib. Lakin 2012-ci ildə qanunvericilik sərtləşdirildikdən sonra onların bəziləri deportasiya təhlükəsi ilə üzləşib. Yeni sənədə əsasən onlar qanunsuz miqrant sayılıb. Qalmaqal da bununla əlaqədar yaranıb. E. Radd parlament komitəsinə deportasiya ediləcək miqrantların göstəriciləri ilə bağlı yanlış məlumatlar verib.

Qeyd edək ki, Böyük Britaniyanın ilk müsəlman meri olan Sadiq Xan da pakistanlıdır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00