Daha bir serial reytinq “qurbanı” oldu

Daha bir serial reytinq “qurbanı” oldu
Want create site? Find Free WordPress Themes and plugins.

İyunda “Star TV”də yayımlanmağa başlayan “Şahane Damat” serialı 8-ci seriyada final edəcək.

“A24.az”-ın məlumatına görə, Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarını Burcu Özberk, Ali Ersan Duru, Nükhet Duru və Erhan Yazıcıoğlunun paylaşdığı serial gözləntiləri doğrultmayıb.

Kanal rəhbərliyi kifayət qədər reytinq qazana bilməyən serialın çəkilişlərinin dayandırılmasını qərara alıb.

Qeyd edək ki, yeni mövsüm öncə bir neçə kanal böyük izləyici kütləsi toplaya bilməyən serialların yayımını dayandırmağa başlayıb. Ötən həftə “N’Olur Ayrılalım” serialı da eyni səbəbdən 6-cı seriyada final etmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar