Damla atasının vəzifəsindən danışdı: "Onun mənə qoyub getdiyi ən böyük sərvət..."- VİDEO

Damla atasının vəzifəsindən danışdı: “Onun mənə qoyub getdiyi ən böyük sərvət…”- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Damla Elgiz Əkbərin aparıcılıq etdiyi “Səhər-səhər” verilişində qonaq olub.

A24.Az xəbər verir ki, müğənni atasının vəzifəsindən, onun ailəsinə qoyub getdiyi mirasdan, ölümündən sonrakı tənqidlərdən danışıb.

İfaçı “atam polkovnik-leytenant olub. Hərbi sahədə çalışan biri olub. Halal zəhməti ilə bizi boya boşa çatdırıb. Üç övlad olmuşuq. Üçümüz də ali təhsilliyik. Qardaşım Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini, bacım Sumqayıt Dövlət Universitetinin Mexanika -Riyaziyyat fakültəsini, mən isə İncəsənət Universitetini bitirmişəm. Üçümüzə də verdiyi tərbiyə, həyat təcrübəsidir. Bunu fəxrlə deyirəm ki, atam mənim üçün elə bir dünya, elə bir xəzinə qoyub gedib ki, milyonlara dəyər, malikanədən də bahalı bir hədiyyədir. Xarakter, təhsil, xanımlıq… Bu, hər şeyə dəyər…” deyə fikirlərini səsləndirib.

Damla həmçinin atasının ölümündən sonra mənəvi yaşadıqları çətinliklərdən, medianın ona yaşatdıqlarından da danışıb.

A24.Az sizə həmin kadrları təqdim edir:

X.V, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar