Damladan örnək DAVRANIŞ: Çətin günündə "DÜŞMƏNİNƏ" əl uzatdı- VİDEO

Damladan örnək DAVRANIŞ: Çətin günündə “DÜŞMƏNİNƏ” əl uzatdı- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər veridiymiz kimi, “Lider” TV-nin aparıcısı Arzu Həmzəyevanın atası bir neçə gün öncə qəfil dünyasını dəyişib.
A24.Az xəbər verir ki, bu gün Təzə Pir məscidində mərhum Vagif müəllimin 3 mərasimi baş tutub. Məclisə qatılanlar arasında aparıcının küsülü, hətta düşmən münasibətində olduğu müğənni Damla da iştirak edib.
Damlanın gəlişi hər kəsdə təəccüb hissi yaratsa da, ifaçı bu sözləri dilə gətirib: “Heç nə onun bildiyi kimi deyil. Mən onu çox istəyirəm. O mənə qarşı nə qədər kin saxlasa da, qəlbimdə onun yeri özəldir. Bura gəlməyə bilməzdim. Çünki insanın xoş gününə hamı gəlir. Amma belə gündə adamın yanında olmaq lazımdır”. Arzuya sarılan Damla ona təskinlik verib. Aparıcı göz yaşlarını saxlaya bilməyib.
Məlumat üçün bildirək ki, uzun zaman çox yaxın rəfiqə olan Damla və Arzunun münasibətləri kəskin dəyişib. Tərəfləri hətta eyni məkanda belə görmək mümkün deyildi.
Aparıcıya gəldikdə isə onun vəziyyəti heç də yaxşı deyil. Bir neçə gündür ki, yemək də yemir.
Qeyd edək ki, Arzu Həmzəyeva Damlanın atası vəfat edən zaman onun yasına qatılmamışdı.
Xatırladaq ki, yas məclisində Arzu Həmzəyeva ilə aralarında inciklik yaşanan müğənni Aysel Əlizadə və aktrisa Pərvin Abıyeva da iştirak edib./News24

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Sağlamlıq, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar