Danışan dil, dodağım, can Qarabağ! - Qarabağ FK uğur yolu-VİDEO

Danışan dil, dodağım, can Qarabağ! – Qarabağ FK uğur yolu-VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Məhsuldarılığını bu il daha yaxşı göstərən “Qarabağ” futbol komandası elə 1951-ci ilin 23 iyulunda “Məhsul” adi ilə təsis olunub.

Daha sonra “Şəfəq”( 1977-1982-ci il), ”Kooperator”( 1982-1987-ci il), “Qarabağ”(1987-2001-ci il), “Qarabağ-Azərsun”( 2001-2004-cü il) adları ila çıxış edən komanda Tahir Gözəlovun təşəbbüsü ilə 2004-cü ildən indiyədək yenidən “Qarabağ” adı ilə fəaliyyət göstərir. Komandanın Adidas tərəfindən istehsal olunan ənənəvi forması qara və ağdır. Üzərində “Qarabağ”ın simvolu olan atlar təsvir olunan loqotip İngiltərədə xüsusi dizaynerlər tərəfindən hazırlanıb.

Qarabağ atları ilə məşhur olduğundan, elə, “Qarabağ” futbol komandasının məşhur ləqəbinin “Atlılar” olması da, təsadüfi sayılmaz. Ağdamın “İmarət” stadionunda “Qarabağ”ın son oyunu 1993-cü ilin 12 mayında Tovuzun Turan komandasına qarşı keçirilir və doğma meydanda vurduğu son qolun müəllifi Yaşar Hüseynov, bu meydançada son fiti səsləndirən hakim isə Rüstəm Rəhimov olur. 1993-c ilin 23 iyulunda Ağdam Ermənilər tərəfindən işğal olunur. 2008-ci ildə Qarabağın sükanı arxasına Qurban Qurbanov gətirildi. Keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi, karyerası ərzində hücumçu mövqeyində oynayıb. Üç dəfə Azərbaycan Kubokunun, bir dəfə ölkə çempionatının bombardiri olan Qurbanovun ləqəbi “xan”dır. “Gülə bilməyən adam” ləqəbi də alan məşqçinin üzü, həqiqi mənada, “Qarabağ” Futbol komandasının UEFA Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanandan sonra gülməyə başladı. “Qarabağ” 2014-cü ildə dünyanın ən məşhur oyunlarından sayılan “Pro Evolution Soccer”in (PES) üzvünə çevrilib. “Konami”nin mühəndisləri 2014-cü il üçün nəzərdə tutulan “PES 2015”-ə “Qarabağ”ın da adını daxil ediblər.

Komandanın son yubiley qolunu, yəni sayca 1000-ci qolunu Muarrem Muarrem vurub. 2017/2018-ci il mövsümündə Qarabağ daha fəal çıxış etməyə başlayarax ÇL-in I təsnifat mərhələsində Samtredia üzərində qələbə qazandı. II təsnifat mərhələsində Şeriflə birinci oyun qolsuz bərabərliklə bitsə də, ikinci oyunda 2-1 hesablı qələbə qazanaraq tarix yazdı. Pley-off mərhələsi çərçivəsində Kopenhagen komandası ilə birinci oyunda 1-0 hesablı qələbə qazandı. İkinci oyunda 2-1 hesabı ilə məğlub olsa da, səfərdə vurduğu qola görə ÇL-in qrub mərhələsinə vəsiqə qazandı. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə keçən “Qarabağ” püşkatmada C qrupunda “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma” (İtaliya) klubları ilə rəqib olduğuna görə bu qrupu “ölüm qrupu” adlandıranlar da oldu. Qarabağ ÇL-nın ilk oyununda Çelsiyə 6:0 hesabla məğlub oldu, “Qarabağ” son ev oyununda “Çelsi” klubunu qəbul edib. Matça çox yaxşı başlayan Ağdam klubu ilk dəqiqələrdə artıq Miçel-in zərbəsi ilə hesabı açmağa yaxın olsa da, 19-cu dəqiqədə Qarabağ-ın qapısına təyin edilən şübhəli penalti və Rəşad Sadıqovun meydandan qovulması hər şeyi alt-üst etdi. Matç Çelsi klubunun 0-4 hesablı qələbəsi ilə yekunlaşdı Atletiko Madrid lə oyunları bərabərə(0-0, 1-1) başa çatdıran Futbol klubumuz Roma ilə oyun 1:2 məğlub olub. 25 ildir dayanmadan dünyaya “Qarabağ bizimdir” səslənsək də səsimiz ən yaxşı halda qardaş Türkiyəyə çatırdı. Qarabağın atlıları isə adımızı Avropanın ən nüfuzlu ölkələrinə, hətta bu ölkə vətəndaşlarının evlərinin içinə, ekranlarının küncünə daşıdı. Ağdam şəhərini təmsil edən peşəkar futbol komandasının adını bir çox ölkələr efirdə “Ağdam” kimi qeyd etsələrdə, sonralar “Qarabağ” futbol komandası öz adını həm efirə, həm də Çempionlar liqası tarixinə yazdırmağı bacardı. Kapitanı Rəşad Sadıqov olan Qurban Qurbanovun bu 11 nəfərlik futbol manqası bizi böyük qələbəyə hər gün bir addım da yaxınlaşdırdı. Kopenhagenlə oyunda vurduğu qol Mahir Mədətovu dillərə dastan etdi. Hər oyun sosial mediada özü haqqında iyirmi-otuz məzəli post yazdırmağı bacaran Əfran İsmayılovu da unutmaq olmaz. Çempionlar Liqasını canlı izləmə sevincini bizə yaşatdığı üçün “Qarabağ”a və Qurban Qurbanova təşəkkür edirik.


Brilyant Rəsulova // A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar