Daşkəsəndə avtobus qəzası: Yaralananların sayı 6 nəfərə çatdı

Daşkəsəndə avtobus qəzası: Yaralananların sayı 6 nəfərə çatdı
Want create site? Find Free WordPress Themes and plugins.

Daşkəsən-Gəncə yolunda sərnişin mikroavtobusunun “VAZ-2106” markalı avtomobil ilə toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, onlardan biri 11 yaşlı qız, digəri isə 6 yaşlı oğlan uşağıdır.

Qəza zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb. Ona hadisə yerində ambulator yardım göstərilib.


***21:13

Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də “VAZ-2106” markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar