A24 Xeber

Daşkəsəndə güclü külək fəsadlar törədib

Daşkəsəndə güclü külək fəsadlar törədib
33
24 Mart 2018 - 15:14

Daşkəsən rayonunda əsən güclü külək şəhərin bir hissəsini işıqsız qoyub.

A24.Az “Report”a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq əsən güclü külək nəticəsində şəhərdə bəzi problemlər yaranıb. Əsasən şəhərin bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb. Bəzi evlərin və binaların dam örtüyünə ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək ki, şəhərin bəzi yerlərində güclü külək zamanı elektrik naqillərinin bir-birinə çırpılması nəticəsində yaranmış qısaqapanma səbəbindən bəzi vətəndaşların məişətdə işlətdikləri elektrik əşyaları və elektron avadanlıqları da sıradan çıxıb.

Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00