A24 Xeber

Daşkəsənə güclü qar yağıb – FOTOLAR

Daşkəsənə güclü qar yağıb – FOTOLAR
34
04 Aprel 2018 - 20:38

Daşkəsənə gözlənilmədən güclü qar yağıb.

A24.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, uzun müddətdir, mülayim hava şəraiti müşahidə olunan Daşkəsənə qəfildən qar düşüb.

Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də, daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.

Qarın kəndlərarası yollarda, o cümlədən yen inşa olunan 25 kilometrlik Daşkəsən-Qabaqtəpə-Əmirvar avtomobil xəttində hərəkətə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.

Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün yerli yol idarəsi tərəfindən iki ədəd avtoqreyder, iki ədəd buldozer, bir ədəd ekskavator və digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb.

Rayonun yol istismarı strukturları işlərini qarşıdakı günlər üçün hava proqnozlarını nəzərə almaqla quracaq.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00