A24 Xeber

Daxili İşlər Nazirliyi SÜRÜCÜLƏRƏ müraciyət etdi

Daxili İşlər Nazirliyi SÜRÜCÜLƏRƏ müraciyət etdi
46
12 İyun 2018 - 17:59

Daxili İşlər Nazirli vətəndaşlara müraciət edib.

A24.Az-ın məlumatına görə, Daxili İşlər Nazirli nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.

“Belə halların qarşısının alınması üçün sürücülərə  tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar”, – deyə məlumatda bildirilir./APA

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00