A24 Xeber

Daxili müharibələrin ən böyük qurbanları – AZYAŞLILAR!

Daxili müharibələrin ən böyük qurbanları – AZYAŞLILAR!
562
13 Mart 2017 - 17:09

Birləşmiş Millətlər Təşkilatının uşaqlara yardım fondu olaraq ixtisaslaşan qurumu – UNİCEF Suriyada yaşanan daxili müharibədə ən çox əziyyətin uşaqlara düşdünü açıqlayıb.

A24.Az xəbər verir ki, ötən ilin hesabatında göstərilib ki, uşaqlar bu müharibədə əsgər, növbətçi və canlı bomba olaraq istismar edilib. Ən çox azyaşlı da məhz 2016-cı ildə öldürülüb.

Bildirilib ki, misli görülməmiş dəhşət nəticəndə Suriyada 652 uşaq öldürülüb. Onlardan 255-i məktəbdə təhsil alarkən daxili müharibənin qurbanı olublar. 7 yaşlı uşaqların da daxil olduğu 850-dən artıq azyaşlı müharibəyə, kamikadze olmağa, növbətçi və cəllad olmağa zorla cəlb edilib.

Hesabata görə, xəstəxanalara və tibb mərkəzlərinə edilən 338 gözlənilməz hücum nəticəsində bir qisim azyaşlı ölmüş, digər qismi isə qarşısı alınabilən xəstəliklərin müalicə edilmədiyi üçün səssizcə həyata gözlərini yumub.

Açıqlanıb ki, hazırda 280 min uşaq mühasirə altında yaşayır, 2.8 milyon uşaq isə insani yardımların gedib çata bilmədiyi yerlərdə həyatla mübarizə aparır. Əlavə edilib ki, Suriyada 2 milyon uşaq orta məktəbə gedə bilmir. Vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri 6 milyondan artıq uşaq xeyriyyə kampaniyalarının hesabına yaşayır. 2.3 milyondan artıq azyaşlı isə Türkiyə, Livan, İordaniya, Misir və İraqda köçkün şəraitində yerləşib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00