DÇ-2018: Bu gün daha 3 qarşılaşma olacaq

DÇ-2018: Bu gün daha 3 qarşılaşma olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 3 qarşılaşma baş tutacaq.

“A24.az” xəbər verir ki, əvvəlcə G qrupunda ikinci tura yekun vurulacaq. İlk matçında Tunisə çətinliklə qalib gələn İngiltərə bu dəfə debütant və turnirin ən zəif komandalarından biri olan Panama ilə qarşılaşacaq. Qarri Sautqeytin yetirmələrinin asan qələbə qazanaraq Belçika ilə birlikdə 1/8 finala çıxmağı təmin edəcəyi gözlənilir.

Günün son iki matçı ilə bütün qruplarda ikinci tura yekun vurulacaq. Yaponiya – Seneqal görüşünda ilk turun qalibləri qarşılaşacaqlar. Bu oyunda qələbə qazanan böyük ehtimalla növbəti tura çıxmağı təmin edəcək.

İlk turun məğlubları Polşa və Kolumbiya isə son şanslarını oynayacaqlar. Məğlub olan mundialla erkən vidalaşacaq.

DÇ-2018

24 iyun

II tur

G qrupu

16:00. İngiltərə – Panama

Baş hakim: Gehad Qrişa (Misir)

Nijni Novqorod, “Nijni Novqorod” stadionu

1. Belçika 2 2 0 0 8:2 6
2. İngiltərə 1 1 0 0 2:1 3
3. Panama 1 0 0 1 0:3 0
4. Tunis 2 0 0 2 3:7 0

H qrupu

19:00. Yaponiya – Seneqal

Baş hakim: Canluka Rokki (İtaliya)

Yekaterinburq, “Yekaterinburq Arena”

22:00. Polşa – Kolumbiya

Baş hakim: Sezar Ramos (Meksika)

Kazan. Kazan Arena

1. Yaponiya 1 1 0 0 2:1 3
2. Seneqal 1 1 0 0 2:1 3
3. Polşa 1 0 0 1 1:2 0
4. Kolumbiya 1 0 0 1 1:2
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar