DÇ-2018: Bu gün daha iki qrupda qarşılaşma olacaq

DÇ-2018: Bu gün daha iki qrupda qarşılaşma olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün A və B qruplarında mübarizəyə yekun vurulacaq.

“A24.az” bildirir ki, A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstündür. Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir nüfuz savaşına çıxacaqlar.

B qrupunda isə vəziyyət fərqlidir. 1/8 finala şansı davam edən 3 yığma gərgin mübarizəyə girəcəklər. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdır. Əks halda, İspaniya – Mərakeş oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala qonşular yüksələcəklər.

DÇ-2018 – 25 iyun

III tur

A qrupu

18:00. Uruqvay – Rusiya

Samara, “Samara Arena”

18:00. Səudiyyə Ərəbistanı – Misir

Volqoqrad, “Volqoqrad Arena”

1. Rusiya 2 2 0 0 8-1 6
2. Uruqvay 2 2 0 0 2-0 6
3. Misir 2 0 0 2 1-4 0
4. Səudiyyə Ərəbistanı 2 0 0 2 0-6 0

B qrupu

22:00. İran – Portuqaliya

Saransk, “Mordoviya Arena”

22:00. İspaniya – Mərakeş

Kalininqrad, “Kalininqrad” stadionu

1. İspaniya 2 1 1 0 4-3 4
2. Portuqaliya 2 1 1 0 4-3 4
3. İran 2 1 0 1 1-1 3
4. Mərakeş 2 0 0 2 0-2 0
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar