DÇ-2018-də növbəti sensasiya - Rusiya 1/4 finalda

DÇ-2018-də növbəti sensasiya – Rusiya 1/4 finalda
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə dünya çempionatının 1/8 finalında Rusiya milli komandası İspaniya millisi üzərində qələbə qazanıb.

“A24.az” xəbər verir ki, Moskvanın “Lujniki” stadionunda baş tutan oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, əlavə vaxtda hesab dəyişməyib, penalti zərbələrində Rusiya 4:3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, 12-ci dəqiqədə İspan komandası Rusiyanın müdafiəçisi Sergey İgnaşeviçin öz qapısına vurduğu qol sayəsində hesabı açdı. 41-ci dəqiqədə hakim İspaniya komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Artem Dzyuba dəqiq zərbəylə hesabda tarazlığı bərpa etdi 1:1.

Qarşılaşmanın çox hissəsini ispanlar meydançanın Rusiyaya aid yarısında keçirdilər, lakin ev sahibi komandasının müdafiəçiləri rəqibə qol vurmağa imkan vermədilər.

Oyunun əlavə olunmuş vaxtında da hesab dəyişmədi və qalibi müəyyən etmək üçün penal zərbələri təyin olundu. İki topu dəf etməklə İqor Akinfeyev öz komandasını qarşılaşmanın qalibi etdi.

Beləliklə, Rusiya komandası tarixində ilk dəfə Dünya Kubokunun dörddəbir finalçısı oldu.

Stanislav Çerçesovun komandasının növbəti rəqibi Xorvatiya – Danimarka cütlüyünün qalibi olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar