DÇ-2018: Fransa Avstraliyaya qarşı Kazanda görüşür

DÇ-2018: Fransa Avstraliyaya qarşı Kazanda görüşür
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

“A24.az” xəbər verir ki, çempionatın üçüncü günündə C qrupunda yer alan Fransa yığması ilə Avstraliya yığması ilə Kazanda görüşür.

Saat 17:00-da D qrupu üzrə Argentina – İslandiya, saat 20:00-da C qrupu üzrə Peru – Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya – Nigeriya arasında oyunlar keçiriləcək.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi (“Fişt”), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar