DÇ-2018-in 1/4 finalçıları bəlli oldu

DÇ-2018-in 1/4 finalçıları bəlli oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin cütlükləri məlum olub.

“A24.az” xəbər verir ki, iyulun 6-sı Nijni Novqorodda Uruqvay və Fransa yığmaları, Kazanda isə Braziliya və Belçika yığmaları qarşılaşacaq. İyulun 7-si Samarada İsveç və İngiltərə arasında, Soçidə isə Rusiya və Xorvatiya arasında oyun keçiriləcək.

İyulun 10-da yarımfinal mərhələsində Uruqvay-Fransa cütlüyünün qalibi Sankt-Peterburqda Braziliya-Belçika cütlüyünün qalibi ilə üz-üzə gələcək. İyulun 11-i Moskvada Rusiya-Xorvatiya cütlüyünün qalibi İsveç-İngiltərə cütlüyünün qalibi ilə qarşılaşacaq.

Dünya Çempionatının finalı Moskvada iyulun 15-i “Lujniki” stadionunda baş tutacaq, 3-cü yer uğrunda oyun isə iyulun 14-ü Sankt-Peterburqda keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar