DÇ-2018-in oyunları hansı kanalda yayımlanacaq?

DÇ-2018-in oyunları hansı kanalda yayımlanacaq?
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə 2018-ci il Dünya Çempionatının Azərbaycanda əsas yayımcısı İctimai Televiziya olacaq. Əldə olunan razılığa görə, iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 stadionundan yayımlanacaq matçlar ən geniş həcmdə məhz İTV-də retranslayasiya olunacaq. 

Hər nümayiş olunacaq matçdan öncə isə tamaşaçılara #BOLFUTBOL verilişi göstəriləcək.

Kənan Hakimov, Sevinc Eminzadə və Elnur Əliyevin aparacağı bu verilişdə tamaşaçılar çempionatın bütün təfərrüatlarını öyrənəcək, yarışın statistikası ilə tanış olacaq, yerli və xarici ekspertlərin rəyini görəcək, o cümlədən, Azərbaycanda, çempionatın keçirildiyi Rusiyada, həmçinin Avropanın iri paytaxt şəhərlərində azarkeşlərin həyəcanını paylaşacaqlar.

Çempionatın bütün matçları 37 kamera ilə Ultra HD keyfiyyətində çəkiləcək və həcmli səs effektləri ilə göstəriləcək. İzləyicilər yayım sənayəsinin ən son yenilikləri sayəsində çempionatı fərqli forma və üslubda izləyə biləcəklər.

Azərbaycan tamaşaçıları çempionatın təntənəli açılış mərasiminə iyunun 14-ü saat 18:30-da, ilk matça, Rusiya və Səudiyyə Ərəbistanı komandalarının qarşılaşmasına isə saat 19.00-da baxa bilərlər.

Oyunları tamaşaçılara ölkənin ən məşhur şərhçiləri – İTV və CBC Sport kanallarının əməkdaşları təqdim edəcək. //oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar