DÇ-2018: İsveçrə millisi Braziliya ilə heç-heçə edib

DÇ-2018: İsveçrə millisi Braziliya ilə heç-heçə edib
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyadakı futbol üzrə dünya çempionatında daha bir oyun gününə yekun vurulub.

A24.Az “Report”a istinadən xəbər verir ki, günün son matçında 5 qat dünya çempionu Braziliya İsveçrə ilə üz-üzə gəlib.

“Pentakampeonlar” oyuna daha fəal başlayaraq, 20-ci dəqiqədə hesabı açmağa müvəffəq olublar. Filipe Koutinyo uzaq məsafədən dəqiq zərbə endirərək, gözəl qola imza atıb. Lakin 50-ci dəqiqədə Stiven Tsuber künc zərbəsindən sonra başla bərabərlik qolunu vurub. Beləliklə, Meksikaya 0:1 hesabı ilə uduzan son dünya çempionu Almaniyanın ardından dünyanın ən titullu yığması da xal itirib.

Qeyd edək ki, E qrupunun digər oyununda Serbiya Kosta-Rikaya 1:0 hesabı ilə qalib gəlib. Bununla da Serbiya 3 xalla qrup lideri olub. İsveçrə və Braziliya hərəyə 1 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan Kosta-Rika isə sonuncudur.

DÇ-2018

17 iyun

E qrupu

16:00. Kosta-Rika – Serbiya – 0:1

Qol: Aleksandar Kolarov, 56

Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)

Samara. “Samara Arena”

22:00. Braziliya – İsveçrə – 1:1

Qol: Filippe Koutinyo, 20 – Stiven Tsuber, 50

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don. “Rostov Arena”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar