A24 Xeber

DÇ-2018: Rusiya – Səudiyyə Ərəbistanı – 5:0

DÇ-2018: Rusiya – Səudiyyə Ərəbistanı – 5:0
66
14 İyun 2018 - 22:08

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürüb.

Rusiyada təşkil olunan DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayıb.

A qrupunda yarışan şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start veriblər. Stanislav Çerçesovun yetirmələri DÇ-yə uğurlu başlamağa müfəvvəq olublar. Görüşə sürətli başlayan ruslar ilk hissədəcə asiyalıları iki dəfə mərkəzə dəvət ediblər. Mundialın ilk qolunun müəllifi Yuri Qazinski olubsa, fasilə ərəfəsində Denis Çerışev fərqi 2 topa çatdırıb.

Lakin bu da son olmayıb. 70-ci dəqiqədə meydana daxil olan Artyom Dzyuba cəmi 1 dəqiqə sonra toru silkələyib. Əlavə edilmiş ilk dəqiqədə Çerışev fantastik qolla dublunu rəsmiləşdirib. Qarşılaşmada son nöqtəni isə cərimə zərbəsindən Aleksandr Qolovin qoyub. Beləliklə, Rusiya yığması açılış matçında doğma azarkeşləri önündə böyükhesablı qələbə qazanıb.

DÇ-2018

I tur

A qrupu

Rusiya – Səudiyyə Ərəbistanı – 5:0

Qollar: Yuri Qazinski, 12; Denis Çerışev, 43, 90+1, Artyom Dzyuba, 71; Aleksandr Qolovin, 90+4

Sarı vərəqələr: Aleksandr Qolovin, 88 – Taysir əl-Cassim, 90+3

Baş hakim: Nestor Pitana

Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandru Riççi (Braziliya)

Rusiya, Moskva. “Lujniki” stadionu. //apa

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00