DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub etdi

DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə dünya çempionatında dördüncü oyun gününə E qrupunun Kosta-Rika – Serbiya matçı ilə start verilib.

Samaradakı eyniadlı arenada təşkil olunmuş qarşılaşmanın taleyini bir qol həll edib.

56-cı dəqiqədə Aleksandar Kolarov cərimə zərbəsi ilə fərqlənərək, Serbiyaya qələbə qazandırıb – 1:0. Bu, dünya çempionatı start götürəndən sonra 9-cu oyunda 4-cü minimal hesablı qalibiyyət olub.

Görüşün sonu serbiyalı Nemanya Matiçin Kosta-Rika millisinin məşqçisi ilə top üstündə toqquşması ilə yadda qalıb. Münaqişə hakimlərin və digər futbolçuların müdaxiləsindən sonra aradan qaldırılıb.

Qrupun digər oyunu Braziliya və İsveçrə yığmaları arasında keçiriləcək. Rostov-Dondakı “Rostov Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar