DÇ-2018: Yarımfinalçılar müəyyənləşdi

DÇ-2018: Yarımfinalçılar müəyyənləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada keçirilən Dünya Kubokunda 1/4 finalın son görüşü keçirilib.

“A24.az” xəbər verir ki, Rusiya komandası Dünya Kubokunun 1/4 finalında penal zərbələrindən sonra Xorvatiya millisinə məğlub olub və turniri başa vurub. Oyun Soçidə “Fisht” stadionunda keçirilirdi.

Matçın əsas və əlavə vaxtı – 2:2 hesabı ilə başa çatıb. 31-ci dəqiqədə oyunda hesabı Rusiya milli komandasının hücumçusu Denis Çeryshev açdı. 39-cu dəqiqədə Xorvatiyanın oyunçusu Andrei Kramariç hesabı bərabərləşdirib. 101-ci dəqiqədə müdafiəçi Domagoi Vida Xorvatiya milli komandasını irəli çıxarıb. 115-ci dəqiqədə isə Rusiya milli komandasının müdafiəçisi Mario Fernandez oyunda tarazlığı bərpa edib. Penal zərbələrindən sonra hesab 4:3 xorvatların xeyirinə nəticələnib.

Yarımfinalda Xorvatiya komandası digər 1/4 oyununda İsveçi 0:2 hesabı ilə məğlub edən İngiltərə yığmasına qarşı oynayacaq.

Həmin oyunda hesabı 30-cu dəqiqədə İngilis müdafiəçisi Harri Maquair açıb. 59-cu dəqiqədə yarımmüdafiəçi Deli Alli ingilislərin üstünlüyünü iki topa çatdıraraq oyunun yekun hesabını müəyyənləşdirib.

Xatırladaq ki, yarımfinal oyunu iyulun 11-də Moskvada “Lujniki” stadionunda keçiriləcək.

Digər yarımfinalda isə Fransa və Belçika komandaları qarşılaşacaq. Oyun 10 iyulda Sankt-Peterburqda baş tutacaq.

Turnirin final oyunu isə iyulun 15-də “Lujniki” də keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar