DƏHŞƏT! Qardaşının arvadına tamah saldı, onu öldürdü

DƏHŞƏT! Qardaşının arvadına tamah saldı, onu öldürdü
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Diyarbəkir bölgəsində öldürülən Əli Kəsik cinayəti haqqında aparılan araşdırma başa çatıb.

A24.Az xəbər verir ki, cinayət şöbəsinin əməkdaşları mərhumun qardaşı 33 yaşlı M.K.-nın qərəzli ifadəsindən şübhələnib və onu izləməyə başlayıblar. M.K.-nın mərhum qardaşının həyat yoldaşı L.K. ilə tez-tez telefon vasitəsilə əlaqə saxlamağı diqqət çəkib.

Hadisə günü M.K.-nın avtomobil icarəyə götürdüyünü öyrənən polis cinayətdə şübhəli qismində onu və L.K.-nı ifadə vermək üçün yenidən şöbəyə dəvət edib. M.K. etiraf edib ki, 4 ildir ki, qardaşının arvadı ilə evlənmək və qardaşını öldürmək üçün planlar qurublar.

Polislər ortaya çıxarıblar ki, M.K. hadisə günü icarəyə götürdüyü avtomobillə qardaşının yanına gedib və tanınmamaq üçün üzünü yaşmaq ilə örtüb. Pomidor almaq bəhanəsi ilə Əli Kəsikə yaxınlaşıb və onu 33 yerdən bıçaqlayıb. Hadisəni törətdikdən sonra ordan qaçan M.K. bıçağı gizlədib. Qohumları ilə morqda olarkən də özünü elə göstərib ki, guya qardaşının ölümündən çox təsirlənib və əsəb gərginliyi  keçirib.

Məhkəməyə çıxarılan M.K. 5 uşaq atası olan 42 yaşlı qardaşını planlı şəkildə öldürdüyü üçün həbs olunsa da, L.K. sərbəst buraxılıb.

Buna baxmayaraq, L.K.-nı izləməyə davam edən polis qadının telefonundan eşq mesajları tapıb. Belə ki, yazdığı ismarıcda qadın qaynını yönləndirib və ona “Bitir artıq bu işi” deyə mesaj yazıb. Bundan sonra məhkəməyə çıxarılan L.K. da həbs edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar