A24 Xeber

Dəhşət: Uşaq oğrularını polis bölməsindən çıxarıb yandırdılar – FOTO

Dəhşət: Uşaq oğrularını polis bölməsindən çıxarıb yandırdılar – FOTO
108
30 Avqust 2018 - 11:12

Meksikada uşaqları qaçırmaqda şübhəli bilinən 2 nəfər saxlandıqları polis bölməsindən çıxarıldıqdan sonra yandırılaraq öldürülüblər.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə Puebla bölgəsində baş verib.

53 və 21 yaşlı iki şəxs Acatlan qəsəbəsində nəzarət altına alınaraq polis bölməsinə aparılıblar. Polis sözügedən iki şəxsi uşaqları oğurlamaqda günahlandıran 150 nəfərin toplaşaraq nəzarətxanaya axın etdiyini bildirib.

Polis həmin insanların şübhəliləri polis bölməsindən çıxararaq üzərlərinə alışan maddə tökdüyünü və iki nəfəri yandıraraq öldürdüyünü açıqlayıb.

Polis bildirib ki, yerli hakimiyyət orqanları lazımi möhkəmləndirici və axtarış  prosedurunu yerinə yetirməyiblər.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00