A24 Xeber

Dəhşətli hadisə! Cinsi orqanını kəsib yandırdılar

Dəhşətli hadisə! Cinsi orqanını kəsib yandırdılar
113
15 Mart 2017 - 15:18

İstanbulda bir binanın zirzəmisində cinsi orqanı kəsilən və yandırılan şəxsin meyiti tapılıb.

A24.Az Habertürk-ə istinadən xəbər verir ki, İstanbul Küçükçekmecədə bir binanın zirzəmisindən çıxan tüstü inanılmaz vəhşiliyin üstünü açıb. Səhərə qədər zirzəmidən çıxan tüstü sakinləri narahat edib, hadisə yerinə yanğınsöndürənlər çağrılıb.

Mənzilə girən yanğınsöndürmə briqadaları yerdə yarısı yanmış kişi meyiti ilə qarşılaşıb. Tədqiqatda şəxsin cinsi orqanının kəsilmiş olduğu müəyyənləşdirilib.

Araşdırmalar nəticəsində həmin şəxsin 31 yaşlı Caner D. olduğu müəyyən edilib. Meyit tibbi ekspertizaya göndərilib.

Ev sahibi ilə görüşən polis evin 3 il əvvəl Kamil A. tərəfindən icarəyə götürüldüyünü müəyyən edib. Bina sakinləri öldürülən şəxsin də bir həftədir binaya girib-çıxdığını bildirib.

Polis indi vəhşi cinayətin yeganə şübhəlisi olan icarəçi Kamil A.-nı axtarır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00