A24 Xeber

DƏHŞƏTLİ OLAY: 16 yaşlı qıza təcavüz edib diri-diri yandırdılar

DƏHŞƏTLİ OLAY: 16 yaşlı qıza təcavüz edib diri-diri yandırdılar
136
05 May 2018 - 21:28

Hindistanda bir kənddə təcavüzə məruz qalan 16 yaşlı qız ailəsinin ağsaqqalların nümayəndə heyətinə vəziyyəti şikayəti etməsindən sonra diri-diri yandırılaraq öldürülüb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, dünyada ən çox cinsi təcavüzün baş verdiyi ölkələrdən olan Hindistan bir daha kütləvi təcavüz və vəhşi cinayətlə sarsılıb.

Hindistanın şərqindəki Carkhand əyalətində Raja Kendua kəndi yaxınlığındakı meşədə 16 yaşında bir qıza iki oğlan təcavüz edib. Qızın ailəsinin vəziyyəti bildirdiyi kəndin ağsaqqallar heyəti iki təcavüzçünün 100 şallaq 750 dollar təzminat ödəməsinə hökm edib. İki təcavüzçü bu qərara o qədər hirslənib ki əvvəl qızın ailəsini faciəli şəkildə döyüb sonra da evə gedərək qızı diri-diri yandırıblar. Bu zaman yanlarında başqa cinayət ortaqları da olduğu da bildirilib. Polis, zorakılıq və təqib olunan cinayətlə bağlı istinaq əməliyyatı zamanı 18 nəfərdən 14-nü nəzarət altına aldığını bildirib.

Ancaq təcavüz etdiyi güman edilənlərdən biri ilk nəzarət altına alınanlar arasında yer almır.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00