Dəmir Yolları Bakı-Sumqayıt sərnişinlərinə müraciət etdi

Dəmir Yolları Bakı-Sumqayıt sərnişinlərinə müraciət etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.

“A24.az” xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

“Əgər əvvəl Bakı-Sumqayıt və əks istiqamətdə hər gün 6 vaqon hərəkət edirdisə, indi 8 vaqon hərəkət edir”, – deyə S.Qədirova vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar