A24 Xeber

Dənizdə faciəvi şəkildə ölən gənclərdən biri tapıldı – Qadının meyiti axtarılır

Dənizdə faciəvi şəkildə ölən gənclərdən biri tapıldı – Qadının meyiti axtarılır
266
30 İyun 2017 - 21:22

Bu gün Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində – Hövsandakı çimərlikdə batan gənclərdən birinin meyiti tapılıb. 

A24.Az-ın Lent.az-a istinadən məlumatına görə, bədbəxt hadisə nəticəsində vəfat etmiş 20-22 yaşlı oğlanın meyiti bu dəqiqələrdə sudan çıxarılıb. Hazırda həmin oğlanla birgə dənizdə batan gənc qadının meyiti axtarılır.

Qeyd edək ki, paytaxtda hava şəraiti nisbətən küləkli keçdiyindən dənizdə dalğalar var və bu, axtarış tədbirlərinə mənfi təsir edir. Gənclərin də dalğaların təsiri nəticəsində suyun dərin hissəsinə gedərək boğulduğu ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00