Depressiyaya meylli olanlara diaqnoz qoyan yeni model hazırlandı

Depressiyaya meylli olanlara diaqnoz qoyan yeni model hazırlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları depressiyaya meyilli insanlara diaqnoz qoymağa kömək edən model hazırlayıblar.

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, yeni model insan psixologiyası ilə bağlı diaqnozun qoyulmasını xeyli asanlaşdıracaq. Bu proqram insanların istifadə etdikləri fərqli sözlərə əsasən onların depressiyaya meyilli olub-olmadıqlarını müəyyələşdirəcək.

Tədqiqatçılar gələcəkdə bu modelin mobil əlavəsi kimi də istifadə oluna biləcəyini vurğulayırlar. Belə ki, məsafə, yol xərcləri və ya digər səbəblərdən klinikaya müraciət edə bilməyən pasiyentlər bu mobil əlavə vasitəsilə mental durumlarının necə olduğunu müəyyənləşdirəcəklər. Model onların SMS yazışmalarını və ya səsli danışıqlarını analiz etməklə telefona xüsusi xəbərdarlıq siqnalları göndərəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar