A24 Xeber

Deputat əhaliyə əsəbləşdi: “Uzada-uzada gedirik…”

Deputat əhaliyə əsəbləşdi: “Uzada-uzada gedirik…”
1. 797
18 Mart 2017 - 10:29

“Novruz Bayramı xeyli əsrlərdir xalqın yaddaşında qalan və günümüzədək yaşanan ən maraqlı bayramlardan biridir. Ancaq sizi bilmirəm, mən artıq bu bayramın dəqiq vaxtını qarışdırmışam”.

A24.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa 1 ay ərzində hamının Novruzla əlaqədar bir-birini təbrik etməsinə münasibət bildirərkən deyib.

Fazil Mustafa

Fazil Mustafa

Deputat vurğulayır ki, burada anlaşılmayan bir detal var:

“Artıq bir aya yaxındır ki, hamı bayram münasibəti ilə bir-birini təbrik edir. Belə anlaşılır ki, Novruz Bayramı bir neçə kiçik bayramın məcmusudur. Bildiyim qədər, ayın 21-dən 22-sinə keçən gecə Yazın gəlişi legitimlik qazanır və bayram statusu da məhz bu gün nəzərdə tutulur. Bayrama qədərki çərşənbələr də olsun, bayrama hazırlıq kursları da. Hələ bayramdan sonra da tut yetişənə qədər təbrik kampaniyası davam etməlidir, beləcə, bir aydan artıq bir müddətdə işimiz-gücümüz bir-birimizi təbrik etmək olur. Elə bil xəstəlikdir, bir yası üçdən, yeddidən qırxa, qırxdan da ilə qədər uzadırıq, təqribən ona bənzər şəkildə bayramı da bir ay boyunca uzada-uzada gedirik”.

“Allaha şükür, onsuz da 9 gün dünyanın bu qarışıq vaxtında özümüzə bayram istirahəti də veririk. Elə bilirəm ki, bu minvalla kədərimizlə sevincimizin dozası həmişə sanki əndazədən çıxmış olur. Bayrama görə təbrik etmək yaxşı işdir, xeyir-bərəkət diləmək də bir gözəllikdir, ancaq gözləyək ayın 21-də Yaz gəlsin, Bayram başlasın, vaxta qənaət edib hamını bir dəfə təbrik edib işi yekunlaşdıraq”, – deyə F.Mustafa əlavə edib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00