Deputat maaş fərqindən şikayətləndi: “Maaşları artıq olmamalıdır, ola da bilməz”

Deputat maaş fərqindən şikayətləndi: “Maaşları artıq olmamalıdır, ola da bilməz”
Want create site? Find Free WordPress Themes and plugins.

“Hesablama Palatasının üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır”.

“A24.az” bildirir ki, bunu millət vəkili  Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də keçirilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, millət vəkillərinin maaşları məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib:

“Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir. Amma hesab edirəm ki, ədalətsizliyə yol vermək olmaz.

Eyni zamanda, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır və ola da bilməz. Necə olur ki, Hesablama Palatası MM-in qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır? Bu, düzgün deyil. Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar