A24 Xeber

Deputatın kortecinə silahlı hücum – VİDEO

Deputatın kortecinə silahlı hücum – VİDEO
175
05 Mart 2018 - 20:33

Ukraynanın şərqində yerləşən Donbas bölgəsində Rusiya dövlət dumasının deputatı Aleksey Juravlyov və onu müşayiət edən şəxslərin korteci silahlı hücuma məruz qalıb.

“REN TV” telekanalı bölgədə kortecin atəşə tutulmasının videogörüntüsünü yayıb.

Videoçarxda rusiyalı nümayəndə heyətini daşıyan yolsuzluq avtomobilləri istiqamətində minaatanlardan atəş açıldığını görmək olur. Juravlyovun olduğu “cip” atəşin açılmasından dərhal zonra atışma zonasını tərk edib.

İçində yaraqlıların olduğu avtomobil yaxınlıqdakı blindaja qədər deputatın avtomobilini qorumağa çalışıb.

Juravlyov “RİA Novosti”yə verdiyi açıqlamada hadisənin martın 5-də baş verdiyini təsdiqləyib və təmas xəttinə atəşkəs rejiminin qorunub-qorunmadığını yoxlamaq məqsədilə yollandığını bildirib. //oxu.az

https://youtu.be/3CSIvVkDwuw

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00