"Deputatlar baş nazirin təqaüdə yola salınmasını səbirsizliklə gözləyirlər" - POLİTOLOQ

Deputatlar  baş nazirin təqaüdə yola salınmasını səbirsizliklə gözləyirlər – POLİTOLOQ
Want create site? Find Free WordPress Themes and plugins.

“Deputatlar açıq söyləməsələr də, baş nazir Artur Rasizadənin fəaliyyətindən narazıdırlar və bu yaşda olan şəxsin təqaüdə yola salınmasını səbirsizliklə gözləyirlər”.

A24.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın baş naziri Artur Rasizadənin Milli Məclisdə hesabat verməsinə və deputatların hər məsələyə tənqidi münasibət bildirməsindən söz açarkən deyib.

Elxan Şahinoğlu – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Elxan Şahinoğlu qeyd edib ki, Milli Məclis üzvlərinin hamısı nəyisə tənqid edir:

“Baş nazir Artur Rəsizadənin parlamentdə hökumətin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının təqdimatından sonra deputatların çıxışlarını oxudum. Hamısı nəyisə tənqid edir. Bank sektorundakı ağır vəziyyət, bankların verdikləri kreditlərin yüksək olmasından tutmuş ətin və digər ərzaq məhsularının qiymətlərinin od tutub yanmasına qədər şikayətlər səsləndi. Aydındır ki, haqlı tənqidlərə Artur Rasizadənin verəcəyi tutarlı cavabı yoxdur”.

Artur Rasizadə
Artur Rasizadə

Politoloq əlavə edir ki, baş nazir çıxışında bircə onu deyib ki, Beynəlxalq Bankın keçmiş rəhbərliyi maliyyə sektorunda böhran yaratmışdı:

“Soruşan lazımdır ki, böhran yaranarkən, Siz hara baxırdınız, yoxsa yüksək çinlilərin ittifaqından çəkinərək ruslar demişkən, “mənim evim kənardadır” prinsipindən çıxış edirdiz? Deputatlar açıq söyləməsələr də baş nazir Artur Rasizadənin fəaliyyətindən narazıdırlar və bu yaşda olan şəxsin təqaüdə yola salınmasını səbirsizliklə gözləyirlər. Ümumiyyətlə, Azərbaycanda Konstitusiya dəyişikliklərindən sonra prezidentdən başqa idarəetməyə birinci vitse-prezidentlə vitse-prezident nəzarət edəcəklərsə, səlahiyyətsiz baş nazirə nə ehtiyac var?”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar