Deputatlar var ki, aylarla, illərlə kafedranın yaxınlığına belə getmirlər - Təhsil ekspertindən qanun pozuntularına münasibət

Deputatlar var ki, aylarla, illərlə kafedranın yaxınlığına belə getmirlər – Təhsil ekspertindən qanun pozuntularına münasibət
Want create site? Find Free WordPress Themes and plugins.

“Kafedra müdiri və dekan vəzifələrinin yerinə yetirilməsi ilə bağlı ciddi problemlər ortaya çıxıb”.

“A24.az” bildirir ki, bu fikirləri təhsil üzrə ekspter Kamran Əsədov “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na edilən dəyişikliklə bağlı danışarkən bildirib.

Həmin dəyişikliyə görə, bundan sonra Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Həmçinin bildirirlib ki, ali məktəblərdə bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsi bu gündən qadağan edilir.

Təhsil eksperti Kamran Əsədov qadağını bu cür əsaslandırdı:

“Ali təhsil müəssisələrində həm seçkili, həm də təyinatlı vəzifələr var. Seçkili vəzifələr daha çox dossent, kafedra müdiri, professor kimi vəzifələrdir. Bunlar hansısa tədqiqat aparılan sahələrə şamil olunur ki, bu və ya digər ixtisaslı kadrların hazırlanması məhz həmin şəxslərin rəhbərlik etdiyi kafedrada həyata keçirilir. Amma dekan vəzifəsi isə təyinatlı yolla, o da seçkili halda keçirilir, amma kafedra müdirindən fərqli olaraq, o, idarəçi orqandır.

Əmək haqqı məsələsinə gəldikdə isə, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyində göstərilir ki, bir şəxs iki vəzifə daşıyırsa, digər vəzifənin yarısı qədər əmək haqqı almalıdır. Amma bu ali təhsil müəssisələrində tutulan vəzifələrə aid deyil. Çünki eyni istiqamət üzrə olarsa, o zaman bir vəzifənin tam, digərinin yarı əməkhaqqı alınmalıdır. Kafedra müdirinin səlahiyyətləri tamamilə ayrı, dekanın vəzifələri isə ayrı bir şeydir. Ancaq o vəzifənin yerinə yetirilməsi ilə bağlı ciddi problemlər ortaya çıxıb. Bilirsiniz ki, həmin şəxs tam olaraq bütün tədris prosesində dekanlıqda oturmalıdır və tələbələri qəbul etməli, onların problemlərini dinləməlidir. Bu zaman kafedra müdiri vəzifəsi boş qalır. Nəzərə alsaq ki, bütün kafedralar, həmçinin eyni vaxtda müdafiə şuraları, hər hansı elmi məqalələrin yazılması, elmi müzakirələrin  aparıldığı yerdir.

Ona görə də həmin zaman kafedra müdiri vəzifəsini yerinə yetirə bilmir. Bu, bizim tanınmış universitetlərimizin demək olar ki, hamısında belədir. Bir çox fakultələrin dekanları, həm də kafedra müdiridir, və yaxuddakı universitetlərdəki rektorlar, prorektorlar, həm də kafedra müdiridir. Ya da dövlət icra orqanlarından yüksək vəzifəli şəxslər var ki, onlar həm kafedra müdiridir, həm də hansısa vəzifəni yerinə yetirirlər. Əmək Məcəlləsində göstərilir ki, hər kəs gün ərzində minimum 8 saat ona tapşırılan, əmək müqaviləsindəki vəzifəsini yerinə yetirməlidir. Yəni hansısa icra orqanının rəhbəri, Bakı şəhərində və ya regionda nazir postundadır, eyni zamanda hansısa universitetin kafedra müdiridir. Hər hansı tələbə təhsillə bağlı problem yaranarsa, kafedra müdiri ilə görüşmək istəyəndə görüşə bilmir. Bu, kifayət qədər təhsilin keyfiyyətinə mənfi təsir göstərən bir haldır. Çünki tələbələrin müraciətlərinə baxılması üçün operativlik aşağı düşür. Amma tətbiq edilmiş yenilikdən sonra bu problem aradan qalxacaq. Yəni Əmək Məcəlləsinin tələblərinə görə, vəzifəsini yerinə yetirən şəxs həmin vaxt orda olmağa borcludur, birmənalı şəkildə.

Hətta Milli Məclisin deputatları da var ki, bu və ya digər vəzifə də daşıyırlar, eyni zamanda universitetlərdə kafedra müdiridirlər. Amma onlar demək olar ki, aylarla, illərlə kafedranın yaxınlığına belə getmirlər. Bu zaman onun səlahiyyətlərini hansısa ona yaxın bir şəxs üzərinə götürür, bu da qanunvericiliyin tələblərinin pozulmağıdır”.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar