A24 Xeber

Deputatlar vikipediyada yazılanlara etiraz etdi: “Gəncə ermənilərin şəhəri kimi göstərilib”

Deputatlar vikipediyada yazılanlara etiraz etdi: “Gəncə ermənilərin şəhəri kimi göstərilib”
589
10 Mart 2017 - 13:43

Milli Məclisdə vikipediya internet ensiklopediyasına nəzarətlə bağlı məsələ qaldırılıb.

“A24.az” “Report”a istinadənverdiyi məlumata görə, parlamentin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı bildirib ki, vikipediya internet resursunda Azərbaycanla bağlı məlumatlar təhrif edilir.

O, bu sahəyə nəzarətin vacib olduğunu qeyd edib: “Azərbaycan əraziləri, şəxsiyyətləri ilə bağlı məlumatlar təhrif edilir. Məsələn, Gəncə şəhəri ermənilərin şəhəri kimi göstərilmişdi. Bunlara nəzarət olunmalıdır”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov da bildirib ki, Azərbaycanla bağlı məlumatlar təhrif edilir: “Amma bu məsələləri qanun çərçivəsində həll etmək çətindir. İctimaiyyət burada fəal olmalıdır. Nəzarət orqanlarından tələb etmək doğru deyil”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, son dövrlərdə vikipediyaya mötəbər mənbə kimi istinad edilməsi ləğv edilib.

Nazir müavini qeyd edib ki, vikipediyada o qədər təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir: “Vikipediya istifadəçi tərəfindən yaradılan mənbələrdir və onlar həmin mənbənin özünün qaydaları ilə tənzimlənir. Yəni hər hansı bir milli səviyyədə qanun qəbul edilməsi ilə o məlumatların tənzimlənməsi bir o qədər də real görsənmir. Vikipediyada Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda, həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi aparmalıyıq. Onların təhrif olunmasının qarşısını almalıyıq”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00