A24 Xeber

Azərbaycanda deputatlara və məmurlara yaltaqlıq qadağan olunacaq

Azərbaycanda deputatlara və məmurlara yaltaqlıq qadağan olunacaq
107
30 İyun 2017 - 14:55

“Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.

Özbəkistanda bu addımın atıldığını xatırladan deputat Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb. O, təkcə deputatlara deyil, məmurlara da belə qadağa tətbiq olunmasını istəyib.

Spiker Oqtay Əsədovun Q. Həsənquliyeva cavabı belə olub: “Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq”.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00