A24 Xeber

Diabeti 4 aya müalicə etmək mümkündürmü?

Diabeti 4 aya müalicə etmək mümkündürmü?
75
16 Mart 2017 - 20:22

“The Telegraph” qəzetində dərc olunmuş məqalədə iddia olunur ki, 2-ci tip diabet xəstəliyini yalnız kaloriləri azaltmaq, idman etmək və qlükozanı nəzarətdə saxlamaqla aradan qaldırmaq mümkündür.

A24.Az BBC-yə istinadən xəbər verir ki , diabet ömür boyu davam edən xroniki xəstəlik sayılsa da, Kanada alimləri adamların 40 faizində insulinin dərmansız olaraq istehsalını bərpa etməyin mümkün olduğunu sınaqdan keçiriblər.

Bununla belə bu cür müalicə üsulunun son dərəcə böyük intizam tələb etdiyi bildirilir. Diabetdən dərmansız xilas olmaq istəyənlər gündəlik kalori qəbulunu 500 və 700 arasında saxlamalıdırlar.

Bu da qeyd olnur ki, təcrübə zamanı pasientlər ciddi tibbi nəzarət altında olublar və qandakı şəkərin miqdarını tənzimləmək üçün insulindən istifadəni davam etdiriblər.

4  aydan sonra xəstələr artıq insulinsiz də keçinə biliblər, çünki onların 40 faizində orqanizmin özü insulunin istehsalını tam bərpa edib.

Kanadadakı Ontario Universitetinin alimləri bildiriblər ki, müalicə proqramı işləyib. Belə ki, orqanizmdə insulin istehsalına cavabdeh olan mədəaltı vəzə dinclik verilib.

“Glasgow Universiteti”ndən professor Navid Səttar deyib ki, diabetin uğurlu müalicəsində əsas amil artıq çəkidən xilas olmaqdır.

Alim bildirir ki, ciddi pəhriz piylənməni dayandırır və bunun nəticəsində qara ciyər və mədəaltı vəz də piylənmədən xilas olur və insulin istehsalını tam bərpa edə bilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00