Dilarə onu tənqid edən Xatuna cavab verdi: "Tanış deyiləm"

Dilarə onu tənqid edən Xatuna cavab verdi: “Tanış deyiləm”
Want create site? Find Free WordPress Themes and plugins.

“Atv maqazin onlarla” verilişinin “Hit parad”dakı qonağı bu dəfə Dilarə Kazımova olub.

“A24.az” bildirir ki, ifaçı verilişdə şou-biznesin 11 məşhurunu öz zövqünə əsasən sıralayıb.

Ötən verilişdə Dilarənin mahnısını bəyənmədiyini açıqlayan Xatuna Dilarə daha təmkinlə yanaşaraq, həmkarının mahnısıyla tanış olmadığını deyib. Həmçinin Xatunun Dilarənin açıq-saçıq fotosessiya etdirməsiylə bağlı tənqidinə də ifaçı özünəməxsus cavab verib:”Bu, Xatunun şəxsi yanaşmasıdır. Lakin mən öz fotosessiyalarıma davam edəcəm”.

Rəhim Rəhimlini 4-cü yerə layiq görən müğənni,efir vasitəsi ilə ona işbirliyi də təklif edib. İfaçı Rəhimlə birlikdə oxuyub, rəqs edib gündəmi partlada biləcəyinə dair vəd də erib. Dilarə Kazımova dostu Miri Yusiflə də birgə işə imza atmalı olduğunu, lakin bunun uzun müddətdir reallaşmadığını dilə gətirib. Buna səbəb isə hər iki ifaçıya uyğun mahnının tapılmamasıdır. Dilarə Xalq artisti Aygün Kazımovanı birinci pilləyə layiq görərək, onun haqqında ağız dolusu danışıb. Dilarə “Hardasan” adlı mahnını oxuyan Aygün Kazımova və Rəqsanə İsmayılova arasında öz seçimini edərək, Kazımovanın ifasını daha üstün dəyərləndirib. Lakin ifaçı Günay İbrahimlidən yeni mahnılar gözlədiyini açıqlayaraq, onu “Hit Paraddan” kənarlaşdırıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar