Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edir

Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edir
Want create site? Find Free WordPress Themes and plugins.

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edib.

Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərov 4 aydır ki, ailəsinin məktublarına cavab vermir.

“Beynəlxalq Qızıl Xaç Komitəsi girovlara baş çəkib. Təşkilatdan bizə bildirdilər ki, atam məktub yazmaqdan imtina edib. Biz ona yazırıq, amma cavab ala bilmirik. Mart ayından bəri atamdan məktub almamışıq”.

Girovun qardaşı Sahib Musayev deyib ki, Dilqəm onun məktublarını da cavabsız qoyub.

“Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirdilər ki, məktubumu Dilqəmə çatdırıblar, amma baxmayıb. Bundan əvvəl yazdıqlarımıza da cavab yazmayıb. Dilqəm azadlığı sevən insandır. O, girovluqda qala bilmir. Girov həyatı onu sıxır. Dilqəm azad olmaq istəyir. Bəlkə də o bizdən inciyib, ona görə cavab vermir”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycanvətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar