Dilqəm Əsgərovun atası vəfat etdi

Dilqəm Əsgərovun atası vəfat etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Təəssüf edirik ki, Qardaşxan əmi həm vaxtsız, həm oğul nisgili, həm də torpaq dərdi ilə dünyasını dəyişdi”

İki ildən çoxdur, erməni girovluğunda olan Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov ağır xəstəlikdən sonra vəfat edib.

A24.Az-ın modern.az-a istinadən xəbərinə görə, bu barədə Dilqəm Əsgərovun yaxınları məlumat veriblər.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar