A24 Xeber

DİM “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini açıqlayıb

DİM “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini açıqlayıb
35
11 İyun 2018 - 14:55

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da Bakı, Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri üçün ikinci dəfə “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.  

DİM-dən A24.Az-a verilən məlumata görə, bu imtahanda aprelin 22-də keçirilən ilk imtahandan qeyri-məqbul qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən, elecə də elektron ərizəsini 11-30 aprel tarixlərində təsdiq edən abituriyentlər iştirak ediblər.

İmtahanın nəticələri iyunun 11-də DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1359 abituriyentdən 235 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 1124 abituriyentdən (IX sinif üzrə 233, XI sinif üzrə 891) 671 nəfəri (IX sinif üzrə 123, XI sinif üzrə 548) tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Qeyd edək ki, “Azərbaycan dili” imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına 11-13 iyun tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00