DİM əlavə buraxılış imtahanının nəticələrini açıqladı

DİM əlavə buraxılış imtahanının nəticələrini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

 Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də keçirilən əlavə buraxılış imtahanının nəticələrini açıqlayıb.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər.

Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Şagirdlər Apelyasiya Komissiyasına 13 sentyabr tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərəcək (keçmiş Bakı Asiya Universitetinin binası).

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar