DİM imtahanın nəticələrini açıqladı

DİM imtahanın nəticələrini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.
“Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) A24.Az-a verilən məlumata görə, aprelin 22-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirilib.
Bildirilib ki, imtahanın nəticələri aprelin 23-də, saat 15:25-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında) 6172 (520+5652) abituriyentdən 274 nəfəri imtahana gəlməyib. iki nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda iştirak edən 5896 (305+5591) abituriyentdən 5247 (172+5075) nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) 2018-ci il iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Aprelin 11-dən 30-dək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri də ikinci Azərbaycan dili imtahanında iştirak edəcəklər.
İmtahan nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası Mərkəzin Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.
Abituriyentlər Apelyasiya Komissiyasına 24-26 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar