DİM MÜSAHİBƏ mərhələsindən danışdı

DİM MÜSAHİBƏ mərhələsindən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

2018-ci il fevralın 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.

DİM-dən A24.Az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 17 müxtəlif yerdə təşkil edilib. Mingəçevirdə isə müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq. Gün ərzində keçirilməsi nəzərdə tutulan 115 müsahibədən 65-i baş tutmuş, 50 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmamışdır. Müsahibədə iştirak etmiş namizədlərdən 25-i iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 2 nəfərin nəticəsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 5.6-cı hissəsinə əsasən etibarsız hesab edilib.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.//Trend.az

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar