A24 Xeber

DİM müsahibədə iştirak etməyən namizədlərə xəbərdarlıq edib

DİM müsahibədə iştirak etməyən namizədlərə xəbərdarlıq edib
27
19 Aprel 2018 - 11:20

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 7 və 8 fevralda elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 13 fevralda elan edilmiş ümumi müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.

A24.Az xəbər verir ki, müsahibələr Bakı şəhəri, DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 89 müsahibədən 37-si baş tutub, 52 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb.

Müsahibədə iştirak etmiş namizədlərdən 17-si iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Qeyd olunub ki, nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00