DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 dekabr 2017‑ci ildə 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə üzrə qeydə alınmış namizədlərlə müsahibələr davam edir.

A24.Az xəbər verir ki, DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi (6 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (3 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (1 vakant vəzifə), Energetika Nazirliyi (2 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə), Səhiyyə Nazirliyi (1 vakant vəzifə), Təhsil Nazirliyi (2 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (1 vakant vəzifə) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli bölmələrindədir.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində olan vəzifələr üzrə ümumi müsahibələr fevralın 1-dən 5-dək olan müddətdə keçirilib. Ümumi müsahibədə iştirak edən 21 namizəddən 15 nəfəri iddia etdiyi vəzifəyə uyğun hesab olunub, 1 nəfər isə müsahibəyə gəlməyib.

Fevralın 6-7-də isə Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət Statistika Komitəsində olan vəzifələr üzrə ümumi müsahibələr keçirilib. Mədəniyyət və Turizm Nazirliyi üzrə müsahibələrdə iştirak üçün qeydiyyatdan keçən 11 nəfərdən 5 nəfəri uğur əldə edib. 2 namizəd müsahibədə iştirak etməyib, digərləri isə iddia etdikləri vəzifələrə uyğun hesab olunmayıb. Gənclər və İdman Nazirliyi, Ağcabədi rayon Gənclər və İdman İdarəsində, aparıcı məsləhətçi vəzifəsinə bir nəfər iddia edib və vəzifəyə uyğun hesab edilməyib. Dövlət Statistika Komitəsi, Siyəzən Rayon Statistika İdarəsində, rəis müavini vəzifəsinə isə iddia edən hər 2 namizəd vəzifələrə uyğun hesab edilib.

İqtisadiyyat Nazirliyində olan vəzifələr üzrə müsahibələr fevralın 8-dən başlayıb və 13-dək davam edəcəkdir. Müxtəlif vəzifələr üzrə iddiaçı olan 22 namizəddən hələlik 13 nəfərlə müsahibələr keçirilib və uğur qazananların sayı 2 nəfərdir.

Təhsil və Səhiyyə Nazirliklərinə aid olan vəzifələr üzrə müsahibələr fevralın 13-də keçiriləcək.

Qeyd olunub ki, müsahibənin nəticələri elan olunduqdan sonra 5 iş günü müddətində müvəffəqiyyət əldə edən namizədlərin sənədləri vakant dövlət qulluğu vəzifəsinə təyinat üçün müvafiq dövlət orqanına təqdim olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar