Dini İşlər İdarəsindən “FETÖ” etirafı

Dini İşlər İdarəsindən “FETÖ” etirafı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz 15 iyul dövlət çevrilişinə cəhdlə  yeni açıqlama verib.

“A24.az”ın məlumatına əsasən, Mehmet Görməz deyib: “Dini İşlər İdarəsi olaraq bu məsələni gec dərk etdiyimizə görə çox peşmanıq”.

Türkiyənin Dini İşlər İdarəsi 15 iyul dövlət çevrilişi səbəbilə, üz qapağında “Millətin dastan kimi qələbəsi” yazılan jurnal dərc etdi. Jurnlada məqalə yazan Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz “FETÖ” üzvlərinin dini hissləri istismar edərək xalqı aldatmalarını gec bildiklərini açıqladı.

1470764082590

“Dini İşlər İdarəsi olaraq bu məsələni gec dərk etdiyimizə görə çox peşmanıq” deyən Mehmet Görməz, bundan sonra daha diqqətli olacaqlarını vurğuladı.

Dini İşlər İdarəsi tərəfindən hazırlanan jurnalda Görməz belə dedi:

“Müqəddəs Kitabımızda Allah bizə, “Diqqət edin! O aldadanlar sizi Allahla aldatmasın” şəklində xəbərdarlıq etməsinin hikmətini, ağır imtihanla həm ölkə və millət olaraq, həm də Dini İşlər İdarəsi və ilahiyyat dünyası olaraq çox gec dərk etdiyimizə görə çox peşmanıq.

resized_04766-ace86a171

Çünki uzun illər özlərini haqq yolda göstərib günahsız vətən övladlarına yardım etmə örtüyü, eləcə də haqqa, həqiqətə və millətə xidmət görünüşü altında sadə insanların arxasında gizlənmiş ehtiras, 15 iyul gecəsində özünü dövlətə, millətə, şəhərlərə, mədəniyyətə və əlimizdə olan hər şeyə kin və hücum şəklində göstərmişdir.

Dini istismar edən bu və buna bənzər qruplara qarşı lazımi tədbirləri görmək, din xidmətləri, din təhsili və tədrisi sahəsində hüquqi nizamlamalar əsas olmaqla mövcud əskik cəhətləri görüb buna əsasən atacağımız addımları müəyyən etmək, ilahiyyat və Dini İşlər İdarəsi olaraq üzərimizə düşən vəzifəni yerinə yetirmək, insan yetişdirmə mexanizmlərini yenidən nəzərdən keçirmək, cəmiyyətə sağlam dini təhsil vermək, dini, xeyriyyə və sosial xidmətlərin göstərilməsində İslam dininin ümumbəşər prinsiplərinə əsasən hərəkət etmək üçün lazımi işlərə başlamaq çox mühüm məsələlərdir.

maxresdefault

Türkiyənin hər sahəsini ələ keçirmək iddiasında olan bu təşkilat qarşısında, dini və akademik sükutun hər hansı izahatı yoxdur. Bu mövzuda istər Dini İşlər İdarəsi, istərsə də ilahiyyat fakültələrindəki akademik fəaliyyətlər təcili olaraq nəzərdən keçirilməlidir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar