Dini komitə Elşad Mirinin arqumentlərinin qabağında zəif qaldı - FOTOFAKT

Dini komitə Elşad Mirinin arqumentlərinin qabağında zəif qaldı – FOTOFAKT
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Dinşünaslıq ekspertizasının şöbə müdirini tənqid etdi.

A24.az xəbər verir ki, ilahiyyatçı Elşad Miri “İslamda yoxdur” adlı kitabına qadağa qoyan Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizasının şöbə müdirinin sosial şəbəkədə paylaşdığı yazını tənqid edib.

İlahiyyatçının sözlərinə görə, şöbə müdiri Nahid Məmmədov iddia edir ki, peyğəmbər guya qızına “Fatimə” adını qoyması onu, nəslini və sevənləri cəhənnəmdən azad edəcək.

O qədər yanlış iddiadır ki…

1. Sonuncu Peyğəmbərimizin kimin cənnətlik və ya cəhənnəmlik olduğunu bilməsi mümkün deyildi. Uca Allah Quranda Peyğəmbərə belə deməsini əmr edir: “…Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı…” (“Əraf” surəsi, 7/188).

2. Fatimə adı sadəcə sonuncu Peyğəmbərimizin qızının adı deyildi. Ondan əvvəl də, sonra da onlarla bu cür ada rast gəlinir.

3. Burada maraqlı bir cəhət də nəsli məsələsinin qeyd olunmasıdır. Yəni SEYYİDLƏR! İndi aydın olur ki, niyə “İslamda yoxdur!” kitabındakı seyyidlik məsələsini niyə xüsusilə YOX deyiblər? Çünki onlar seyyidlərin Peyğəmbərin qızı Fatimənin nəslindən gəldiyinə inanırlar, Quranda qeyd olunanlara deyil.

4. Ömrünün sonunadək anasının ətrini alması nə deməkdir?

5. “Qadınlıq adətindən uzaq olması” anlayışını həkimlərimizin ixtiyarına buraxıram.

6. Müəllif yazır… “Allah-Təala Fatiməyi-Zəhranı (s) Həzrət Əli (ə) ilə ilahi dərgahında nişanlayır”… Allah dərgahında nişanlanmaq anlayışını sizin ixtiyarınıza buraxıram. Maraqlıdır, nişanda görəsən kimlər iştirak edib?

7. Fatimə ərini “ya əmirəl-möminin” deyə çağırması da gülünc ifadə olsa da, bunu bura yazmaq istəmirəm…

8. Cənnətin ətri… Əhli-beyt… Peyğəmbərin kimin nə vaxt öləcəyini və ya cənnətin ətrini necə bilirmiş görəsən?

9. “Bir gün Həzrət Fatimə (s) əsəbi və narahat bir şəkildə evə gəlib, Әliyə (ə) buyurur: “Nəyə görə haqqını müdafiə etmirsən?”” Hansı haqqı? Bu ifadə şiəliklə sünnilik arasındakı ciddi ixtilaflı bir məsələdir. Görəsən bu yazısına Komitənin ekspertləri rəy veribmi?

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar