A24 Xeber

Dini Komitə ilahiyyatçı Elşad Mirinin həbsini tələb etdi – FOTO

Dini Komitə ilahiyyatçı Elşad Mirinin həbsini tələb etdi – FOTO
1. 263
02 May 2018 - 9:49

İlahiyyatçı Elşad Miri “İslamda yoxdur” adlı kitabına qoyulan qadağaya görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini verdiyi məhkəmə prosesi may ayının 1-də davam edib.

“A24.az” xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılan məhkəmə iclasında Komitənin hüquqşünası Xalid Məmmədov tərəfindən Elşad Mirinin sosial şəbəkədəki səhifəsində paylaşdığı iki şəkli hakimə göstərərək məhkəmədən xahiş edib ki, Elşad Miri barəsində AR CM-nin 167-2-ci maddəsi ilə cinayət işinin başlanması üçün prokurorluğa müraciət edilsin.

Paylaşılan şəkil…

İlahiyyatçı isə sonuncu şəklin Azərbaycanda deyil, Özbəkistanda çəkildiyini və Bakıda olarkən şəklin sosial mediaya yükləndiyini qeyd edib.

İddiaçının vəkili Elmar Süleymanov isə Özbəkistanda çəkilmiş şəkili əsas götürərək Elşad Mirini cinayət məsuliyyətinə cəlb etmə cəhdini, Komitəni bu işdə ziddiyətli və əsassız hesab edərək, Komitənin kitab qadağası ilə bağlı mövqeyinin zəifliyi və iddiaçıya təzyiq üsulu kimi qiymətləndirib.

Qeyd edək ki, AR CM-nin 167-2-ci maddəsinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma beş min manatdan (5000) yeddi min manatadək (7000) miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Vəkil bu məsələyə qiymət verərək qeyd edib ki, İddiaçının dini təyinatlı ədəbiyyatı yayma məqsədi ilə idxal etməsinə, satmasına və ya yaymasına dair heç bir sübut olmadan onu cinayət məsuliyyətinə cəlb etmək təşəbbüsü iddiaçının elmi araşdırmalarının qarşısını almaq, maarifləndirmə işini dayandırmaq və hüquqlarının müdafiəsindən vaz keçmək mesajı kimi qiymətləndirilməlidir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00