A24 Xeber

Dini Komitədə nə baş verir? – ANALİZ

Dini Komitədə nə baş verir? – ANALİZ
96
04 İyun 2018 - 16:06

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı may ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 10079 xəbər yerləşdirilib. Bunlardan 458-si müsbət, 72-si mənfi və 9549-u isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (420 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (38 xəbər – Qanunsuz məscid aşkarlandı) aiddir. Mənfi xəbərlər arasında liderlər: Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (32 xəbər – Dövlət komitəsi ləğv edilib), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (21 xəbər – Dövlət Komitəsində maliyyə pozuntularına yol verilib), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (11 xəbər – Qaçqın evləri üzərində alver).

Xəbər sayına görə sıralama:

1Dövlət Gömrük Komitəsi3305 xəbər
2Əmlak Məsələləri Dövlət Komitəsi1269 xəbər
3Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi1244 xəbər
4Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi1189 xəbər
5Diasporla İş üzrə Dövlət Komitəsi1113 xəbər
6Dövlət Statistika Komitəsi950 xəbər
7Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi480 xəbər
8Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi347 xəbər
9Şəhərsalma və Arxitektura Komitəsi157 xəbər
10Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi19 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1406 xəbər dərc edilib. Bu xəbərlərdən 1361-i neytral, 45-i isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (41 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (4 xəbər – Qanunsuz məscid aşkarlandı) məxsusdur. May ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Dövlət Gömrük Komitəsi393 xəbər
2Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi227 xəbər
3Əmlak Məsələləri Dövlət Komitəsi215 xəbər
4Dövlət Statistika Komitəsi140 xəbər
5Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi137 xəbər
6Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi116 xəbər
7Diasporla İş üzrə Dövlət Komitəsi101 xəbər
8Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi50 xəbər
9Şəhərsalma və Arxitektura Komitəsi22 xəbər
10Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi3 xəbər

May ayında televiziya kanallarında komitələr haqqında 908 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Dövlət Gömrük Komitəsi300 xəbər
2Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi197 xəbər
3Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi122 xəbər
4Əmlak Məsələləri Dövlət Komitəsi109 xəbər
5Dövlət Statistika Komitəsi62 xəbər
6Diasporla İş üzrə Dövlət Komitəsi56 xəbər
7Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi43 xəbər
8Şəhərsalma və Arxitektura Komitəsi13 xəbər
9Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi6 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00