Dini komitənin işçisi dini təbliğatla bağlı hesabatda qüsur tapdı -  FOTOFAKT

Dini komitənin işçisi dini təbliğatla bağlı hesabatda qüsur tapdı –  FOTOFAKT
Want create site? Find Free WordPress Themes and plugins.

Dini komitənin işçisi dini təbliğatla bağlı yayımlanan hesabatda qüsur aşkarlayaraq onu şəxsi feysbuk səhifəsində paylaşıb.

“A24.az” bildirir ki, paylaşımı edən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovdur.

O, 2017-ci ildə Dini Komitənin fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin hesabatındakı qüsuru çoxsaylı sual işarələri ilə bu cür bildirib:

“Ötən il dini təbliğatla qanunsuz məşğul olan 142 nəfər barəsində tədbir görülüb. Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Hesabatda bildirilir ki, həmin şəxslərdən istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmamış 5185 ədəd dini ədəbiyyat, 356 ədəd broşür, 145 ədəd kompakt disk, 3 ədəd odlu silah və 14 ədəd sursat aşkarlanaraq, götürülüb. ?????????”.

Paylaşıma şərh verən komitənin keçmiş sədr müavini Elçin Əsgərov isə yazdığı “Dini təbliğat məqsədiylə istifadə ediləcək odlu silah və sursatın istehsal və idxalı üçün Komitəyə müraciət edilməlidir? ))” cümləsi ilə səhvi jurnalistlərdə görmədiyini təsdiq edib.

2005-2011-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini işləmiş Elçin Əsgərov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar